“Trendyol”un işçiləri etiraz aksiyasına qoşuldu -

Türkiyənin ən böyük onlayn alış-veriş platforması kimi tanınan “Trendyol”un çatdırılma xidməti olan “Trendyol Express”in əməkdaşları etiraz aksiyası keçirib.

Metbuat.az bildirir ki, etiraza səbəb işçilərin aşağı maaş artımı olub.

Bununla bağlı İki günlük tətil elan edən etirazçılar “Trendyol”un baş ofisinin önündə toplaşıblar. Hətta ölkədəki qeyri-sabit hava şəraiti də onlara əngəl olmayıb. Bildirilir ki, “Trendyol Ekspres” işçilərinin maaşları cəmi 11% artıb.

Şirkət rəhbərliyi isə mövzu ilə bağlı açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR