Amerikalı aktrisa Ancelina Coli Qəzzadakı dağıntılara diqqət çəkərək sosial media hesabında peyk görüntüləri yayımlayıb.
Metbuat.az xəbər verir ki, sənətçi paylaşımında Qəzzada evlərin, məktəblərin, universitetlərin, xəstəxanaların və yolların dağıldığını qeyd edib. Coli BMT-nin peyk görüntülərinə istinad edərək, bölgədəki infrastrukturun 82 faizinin zərər gördüyünü açıqlayıb. O, həmçinin qarşıdan gələn qışla əlaqədar Qəzza əhalisinin 94 faizinin, yəni təxminən 2 milyon insanın sığınacaq və əsas ehtiyaclara ehtiyac duyacağını vurğulayıb. Aktrisa izləyicilərinə “Google Earth” vasitəsilə bölgədəki dağıntıların miqyasını görməyin mümkün olduğunu bildirib.