Türkiyənin bu ərazisində “narıncı” xəbərdarlıq

Türkiyənin Meteorologiya Baş İdarəsi Diyarbəkirdə güclü qar, buzlanma və uçqun təhlükəsinə qarşı “narıncı” xəbərdarlıq edib.

Metbuat.az oxu.az-a istinadla xəbər verir ki, mərkəzdən yanvarın 26-dan güclü qar yağacağı gözlənildiyi bildirilib. Sakinlərə şaxtalı hava ilə əlaqədar yollarda buzlanma olacağı və nəqliyyatın hərəkətində fasilələrin yarana biləcəyi deyilib.

Həmçinin qar örtüyünün çox olduğu yüksəkliklərdə uçqun riski barədə xəbərdarlıq edilib.

Sakinlərdən bütün bu deyilənləri nəzərə alaraq diqqətli və ehtiyatlı olmaları xahiş olunub.

Qeyd edək ki, Diyarbəkirdə bir neçə gündür əlverişsiz hava şəraiti hökm sürür: vilayətə son 49 ilin ən güclü qarı yağıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR