Mübarizəyə qalxıb Rusiyanın yanında yer alacağıq: Lukaşenkodan müharibə təhdidi

“Müharibə olarsa Belarus Rusiyanın yanında yer alacaq”.

Metbuat.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko xalqa müraciəti zamanı belə açıqlama verib. O bildirib ki, Belarus iki halda müharibəyə qoşula bilər:

“Belarusa qarşı birbaşa təcavüz olarsa buna qarşılıq veriləcək. Həmçinin müttəfiqimiz Rusiyanın ərazi bütövlüyünə qarşı təcavüz edilərsə, Minsk müharibəyə qoşulacaq. Bu, müttəfiqlik haqqında müqaviləmizə əsaslanır”.

Belarus prezidenti qərbə xəbərdarlığında bildirib ki, ölkəsinə qarşı müdaxilə olacağı təqdirdə Rusiya da Minskin yanında yer alacaq. “Müqəddəs torpağını qorumaq uğrunda mübarizəyə qalxan Belarus xalqının yanında yüz minlərlə Rusiya hərbçisi olacaq” - deyə Lukaşenko bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR