UEFA Mahir Emrelinin komandasını cəzalandırıb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məxsus olduğu Polşa “Legiya”sı cəzalanıb.

Metbuat.az xəbər verir ki, Varşava təmsilçisi UEFA tərəfindən cərimələnib.

Belə ki, “Spartak”la görüşdə "Legiya" azarkeşlərinin qaldırdığı bannerə görə, Mahirin komandası 17 min 500 avro cərimə ödəyəcək.

Qeyd edək ki, “Legiya” öz meydanında 0:1 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR