Dövlət Taxıl Fondu üçün idxal olunan məhsullar gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarında dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, “Gömrük tarifi haqqında” qanunun 19.2-ci maddəsinə uyğun olaraq Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədilə idxal olunan taxıl və taxıl emalı məhsullar idxal gömrük rüsumundan azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR