"Mançester Yunayted"in futbolçusu sərbəst buraxılıb

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Meyson Qrinvud həbsxanadan çıxıb.

Metbuat.az xəbər verir ki, 21 yaşlı hücumçu növbəti istintaqadək girov müqabilində sərbəst buraxılıb.

İngiltərəli oyunçu sevgilisi Harriet Robsona qarşı zorakılıqda ittiham olunur. "Mançester Yunayted" hadisədən sonra Qrinvudu komandadan kənarlaşdırıb.

Qeyd edək ki, 2018-ci ildən əsas komandada çıxış edən Meyson Qrinvud "Mançester Yunayted"in yetirməsidir. Hücumçu cari mövsüm Premyer Liqada 18 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR