Meksikanın mədən maqnatı öldü -

Meksikalı iş adamı Alberto Bailleres Qonzales dünən 91 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, "Forbes" jurnalının məlumatına görə, hazırda sərvətinin 8,6 milyard dolları ötdüyü təxmin edilən 1931-ci il təvəllüdlü məşhur milyarder Meksikanın dördüncü ən varlı adamı idi. Bailleres 50 ildən çox müddət ərzində ölkənin ən böyük konqlomeratlarından birini, o cümlədən "Peñoles" və "Fresnillo mədən şirkətləri", "Palacio de Hierro" univermağı və sığortaçı "Grupo Nacional Provincial "(GNP) daxil olmaqla böyük şirkətləri idarə edib. İncəsənətin hamisi kimi tanınan meksikalı Bailleres xüsusilə mədənçıxarma və pərakəndə satış sənayesindəki şirkətləri ilə tanınırdı. Bailleres şirkətləri həm də dünyanın ən böyük gümüş istehsalçıları idi. Onun ölümündən sonra şirkətlərinin və ya yaxınlarının heç bir sözçüsü bu günə qədər ölüm səbəbi ilə bağlı açıqlama verməyib.

Milyarderin ölüm faktını təsdiqləyən Meksika Xarici İşlər Naziri Marselo Ebrard "Twitter" hesabından bir paylaşımda Bailleres ailəsi və yaxınlarına başsağlığı verib.Qeyd edək ki, Alberto Bailleres mədən maqnatı kimi tanınırdı.

Aidə Fətəliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR