“Whatsapp”da yeni funksiya istifadəyə veriləcək

"Whatsapp”da yaxın zamanda mesajlara reaksiya bildirmək funksiyası istifadəyə veriləcək.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, mesajlara emojilər vasitəsilə reaksiya bildirmək funksiyası son test mərhələsindədir.

Sözügedən funksiyanın hazırlandığına dair sübutlar hələ keçən ilin yayında ortaya çıxmışdı. Bu funksiya vasitəsilə Whatsapp istifadəçiləri bu və ya digər mesaja standart cavab yazmaq əvəzinə sürətli reaksiyalar bildirə biləcəklər.

Hazırda yalnız 6 reaksiya emojisi aktivdir. İstifadəçi onlardan birini seçdikdən sonra seçilmiş emoji mesajın alt hissəsində əks olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR