Pekin olimpiadasında koronavirusa yoluxanların sayı artıb

Çinin paytaxtı Pekindəki XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

Metbuat.az təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, 45 nəfərin testi pozitiv çıxıb, onlardan 25-i idmançılar.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Olimpiadaya fevralın 20-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR