Ceyms Kukun gəmisi 250 ildən sonra tapıldı

1770-ci ildə Avstraliyaya səfər edən səyyah Ceyms Kukun batmış gəmisi ABŞ-da tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Australian Geographic" portalı məlumat yayıb.

İngilis səyyahı və kəşfiyyatçı Ceyms Kukun “Endeavour” gəmisinin parçaları iki yüz ildən artıqdır ki, ABŞ-ın Nyuport limanının dibində qalıb.

Avstraliya Milli Dəniz Muzeyinin baş direktoru Kevin Sumptionun sözlərinə görə, bu gəminin kəşfi elm tarixində ən mühüm hadisələrdən biridir. O qeyd edib ki, Ceyms Kukun üzdüyü gəmi Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və indi də ABŞ-ın tarixində və mədəniyyətində mühüm mərhələdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR