Ronaldodan yeni REKORD

İngiltərənin “Mançester Yunayted” futbol komandasının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo rəsmi instaqram sosial şəbəkəsində 400 milyon izləyici sayına çatıb.

Metbuat.az xəbər verir ki, əvvəllər sosial şəbəkənin heç bir istifadəçisində belə göstəricilər olmayıb.

Qeyd edək ki, fevral ayının 5-də Ronaldo 37 yaşını qeyd edib. Ulduz futbolçu karyerasından danışarkən hələ də meydanda olmaq istədiyini bildirib. O əlavə edib ki, yüksək səviyyədə bədən qayğısına qaldığı üçün özünü genetik olaraq 30 yaşında hiss edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR