Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında 26 xalla 2-ci pillədə qərarlaşan "Qəbələ" 17 xalla 5-ci sırada yer alan "Sabah"ın qonağı olacaq. Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Turun son oyunu "Səbail" və "Sumqayıt" komandaları arasında olacaq. H

Azərbaycan Premyer Liqası

XV tur

8 fevral (çərşənbə axşamı)

17:00. “Sabah” – “Qəbələ”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena".

19:15. “Səbail” – “Sumqayıt”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”.

Qeyd edək ki, turun ilk oyun günündə "Zirə" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" isə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR