Elon Maskın başına iş gəldi -

Elon Maskın Starlink peyk şəbəkəsində ciddi problem yaranıb.

Metbuat.az xəbər verir ki, kosmosda orbitdə baş verən geomaqnit fırtınası nəticəsində Starlinkə məxsus, cari ilin əvvəli Falcon 9 vasitəsilə qaldırılan 40 peyk sıradan çıxıb.

Baş verən fırtına nəticəsində onların fəaliyyətini bərpa etmək mümkün olmayıb. Qurumun məlumatına görə, sıradan çıxan peyklər digərləri üçün təhlükə törətməyib.

Qeyd edək ki, Elon Mask baş verənlərin "SpaceX"ə nə qədər ziyan vura biləcəyini açıqlamayıb. Hazırda "SpaceX"in göydə 2000 peyki var. Bütün yer kürəsi üzrə normal internet təminatı üçün 30 min peykin qaldırılması nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR