Azərbaycan təmsilçisi “Pekin-2022”-ni 18-ci pillədə başa vurub

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev “Pekin-2022” Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.

Metbuat.az xəbər verir ki, idmançımız bu gün sərbəst proqramda buz üzərinə çıxıb. Onun çıxışı 155,04 xalla qiymətləndirilib. V.Litvintsev bu hərəkətdə 19-cu olub. Təmsilçimiz iki proqramın cəmində 239,19 xal toplayıb.

Təmsilçimiz yarışı 18-ci pillədə başa vurub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR