Elmir Əkbərdən maraqlı TƏKLİF: Qızlar universitetə imtahansız qəbul edilsin

“Düşünürəm ki, qızlar üçün ali təhsil müəssisələrinə qəbulda abituriyent imtahanları aradan qaldırılsın. Bütün qızlar universitetə maneəsiz qəbul olsunlar, sonrakı proses sonranın işi olsun. Əsas odur onların dünyagörüşləri formalaşsın”.

Metbuat.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Psixoterapevt Elmir Əkbər AzTV-nin efirində qonaq olarkən deyib.

O bildirib ki, bəzi ixtisaslar istisna edilə bilər:

“Ola bilər ki, Tibb Universitetinə, ali təhsil müəssisələrində hüquq fakültələrinə imtahanlar saxlanılsın. Amma bakalavr təhsili bütün qızlar üçün tətbiq edilsin. Eyni zamanda 9-cu sinifdən məktəbdən çıxarılma praktikası qanuni baxımdan aradan qaldırılsın. Çünki istəsək də, istəməsək də 4 il bakalavr təhsili alan qızlar təhsil müəssisələrinə gedib-gələn zaman hansı səviyyədə oxumalarından asılı olmayaraq özünü dərk etməsi artacaq. Şəxsiyyət kimi formalaşacaq, dünya görüşünü artıracaq”.

E.Əkbər onu da qeyd edib ki, Avstriyada abituriyent imtahanı yoxdur, lakin orada savadsız mütəxəssislərə də rast gəlmək mümkün deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR