“iPhone”nun gizli funksiyası nümayiş olundu –

Katarina Moqus (Katarina Mogus) adlı bloqer “iPhone”nun az məlum olan xüsusiyyətindən danışıb.

Metbuat.az oxu.az-a istinadla bildirir ki, “TikTok”da yayımlanan videoda o, smartfonun öz sahibinin yerdəyişmələrini avtomatik olaraq kənar şəxslərə ötürə biləcəyini göstərib.

Bunun üçün ilk addım “Avtomatlaşdırma” bölməsinə keçmək, sonra “Özün üçün avtomatlaşdırma yarat” bəndini, daha sonra isə “Gəliş” düyməsini sıxmaqdır. Açılan pəncərədə istədiyiniz coğrafi yeri seçmək və “Bitir" düyməsini basmaq lazımdır. Bundan sonra istifadəçi təyinat yerinə çatdıqda yerinə yetiriləcək hərəkəti dəqiqləşdirməlidir.

Beləliklə, müəyyən bir geolokasiyaya çatdıqdan sonra “iPhone” avtomatik olaraq tələb olunan hərəkəti yerinə yetirəcək: istədiyiniz kontakta zəng və ya mesaj göndərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR