Daha bir sabiq "Qarabağ"lı karyerasına

"Qarabağ"ın əvəzedici komandasının sabiq futbolçusu Riad Abbaszadə karyerasını Polşada davam etdirəcək.

Metbuat.az Report-a istinadla xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi IV liqada mübarizə aparan "Oskar" klubuna keçib. Onunla imzalanmış müqavilənin detalları açıqlanmayıb.

"Qarabağ-2"nin baş məşqçisi Cavad Mirzəbəyli "Report"a açıqlamasında bildirib ki, gənc oyunçu sonuncu dəfə 2020/2021 mövsümündə "Qarabağ-2"də çıxış edib: "Ötən yay sözləşməsi başa çatdığından, yollarımızı ayırdıq. Çünki əsas heyətə düşə bilməyəcəyini bilirdik. Özünə də dedik ki, oynaya biləcəyi komandaya keçsin. Digər tərəfdən, yaş amili də var. Aşağıdan yeni futbolçular gəlirdi".

Mütəxəssis Abbaszadənin "Qarabağ-2"dən ayrıldıqdan sonra klubsuz qaldığını söyləyib. Mirzəbəylinin sözlərinə görə, yarımmüdafiəçinin potensialı onun yüksək liqada çıxış etməsinə imkan verməsə də, IV liqada oynaya bilər.

Qeyd edək ki, Riad Abbaszadə daha əvvəl "Şüvəlan", "Keşlə-2" komandalarının formasını geyinib və aşağı dəstədə ümumilikdə 3 qol vurub. O, Azərbaycanın 15 və 19 yaşadək futbolçulardan ibarət yığmalarına da dəvət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR