Haydar Dümen vəfat etdi

Türkiyənin tanınmış psixiatrı, seksologiya sahələri üzrə mütəxəssis və köşə yazarı Haydar Dümen vəfat edib.

Metbuat.az xəbər verir ki, ötən ay koronavirusa yoluxan 91 yaşlı Dümen bununla bağlı müalicə alırdı. O, dünən koronavirus səbəbilə ürək tutması nəticəsində həyatını itirib.

Qeyd edək ki, uzun illər qəzetdə yazılar yazan Dümen xüsusilə cinsi mövzulardakı problemləri yumor anlayışı ilə qələmə alaraq oxuyucuların rəğbətini qazanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR