Marketdə çəkilən foto etirazla qarşılandı: Endirimin məbləği tənqid edildi -

Türkiyədə böyük marketlərdən birində çəkilən foto böyük etirazlara və müzakirələrə yol açıb.

Metbuat.az xəbər verir ki, fotoda pendirin qiymətinin 22,95 lirədən 22,90 lirəyə düşdüyü əks olunub. Bu foto sosial mediada paylaşım rekordları qırıb. Sosial media istifadəçiləri məsələni lağa qoyub.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan qida qiymətlərinin endirilməsi üçün ötən gün bəzi güzəştləri açıqlayıb. Güzəştlərə əsasən qida məhsulları 8 faiz ucuzlaşmalı idi. Məlum olub ki, prezidentin açıqlamasından sonra marketlər əvvəlcə qiymətləri artırıb. Ardınca isə 8 faiz endirim edib. Nəticədə qiymət dəyişməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR