Bakı metrosunda daha 4 yeni qatar xəttə buraxılacaq

Bu ilin ortalarında "Bakı Metropoliteni" QSC daha 4 qatar tərkibi olan 20 yeni vaqonu xəttə buraxacaq.

QSC-dən Metbuat.az-a verilən məlumata görə, bununla da yeni qatarların sayı 23-ə çatdırılacaq. Bununla da, stansiyalarda hərəkət edən qatarların 50%-ni yeni qatarlar təşkil edəcək.

Yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətinə sifariş verilib və onların istehsalına başlanılıb.

Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR