Kiyev, 30 may, AZƏRTAC
Mayın 29-30-da Kiyevdə, GUAM Katibliyində insan alverinə və qeyri-leqal miqrasiyaya qarşı mübarizə üzrə işçi yarımqrupunun 15-ci iclası keçirilib. İclasda GUAM-ın üzvü olan bütün dövlətlərin nümayəndə heyətləri iştirak ediblər. Bu barədə AZƏRTAC-a GUAM-ın Kiyevdəki qərargahından məlumat verilib.
Tərəflər insan alverinə və qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində milli qanunvericilik, operativ vəziyyət və tədbirlər, o cümlədən ikitərəfli əməkdaşlıq barədə informasiya mübadiləsi aparıblar.
Nümayəndə heyətləri Ukrayna Milli Dövlət Sərhəd Xidməti Akademiyasında kriminal analiz və risklərin analizi sahəsində seminarın hazırlanması məsələsini müzakirə ediblər.
Növbəti profil iclas bu ilin payızında keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev