Pekin-2022 Qış Olimpiya Oyunlarında idmançı operatorla toqquşub.
Metbuat.az xəbər verir ki, finlandiyalı fristaylçı Yon Sallinen tullanma hərəkətini edərkən qəfildən operatorun üzərinə düşüb.
Hadisədən sonra ciddi xəsarət alan olamyıb.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.