Pekin-2022: Azərbaycan təmsilçisi çıxışını medalsız başa vurub

Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub.

Metbuat.az xəbər verir ki, 19 yaşlı idmançı sərbəst proqramda 118,15 xala layiq görülüb.

Ryabova 25 idmançının qatıldığı yarışda hazırda 179,97 xalla 4-cü pillədə qərarlaşıb. Beləliklə, o, növbəti konkisürənlərin nəticələrindən asılı olmayaraq, ilk "3-lüy"ə düşə bilməyib və medalsız qalıb.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR