Haaqa, 30 may, AZƏRTAC
Azərbaycanın Niderlanddakı səfirliyi ölkəmizin milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Qəbulda Niderland parlamenti Senatının, Nümayəndələr Palatasının üzvləri, Xarici İşlər, Ədliyyə və Təhlükəsizlik, İnfrastruktur və Ətraf Mühit nazirliklərinin, digər dövlət qurumlarının, Haaqa Şəhər Meriyasının təmsilçiləri, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, ölkənin aparıcı biznes və elmi dairələrinin, kütləvi informasiya vasitələrinin, holland ictimaiyyətinin təmsilçiləri, Niderland-Azərbaycan Əməkdaşlıq Platformasının, Benilüks Azərbaycanlıları Konqresinin, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin üzvləri iştirak ediblər.
Qəbulda “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı videoçarxlar nümayiş etdirilib, milli musiqilərimiz səsləndirilib. Sonda ziyafət verilib, qonaqlara milli mətbəximizin təamları təqdim olunub.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa