Ronaldo “Bavariya”ya keçə bilər

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.

Bildirilib ki, "Bavariya" "Mançester Yunayted"dən ayrılacağı iddia edilən 37 yaşlı oyunçunun ətrafındakı vəziyyəti diqqətlə izləyir.

Münhen təmsilçisi artıq agent Xorxe Mendes vasitəsi ilə Ronaldo ilə əlaqə saxlayıb və futbolçu ilə əməkdaşlıq etmək istədiklərini açıqlayıb.

Qeyd edək ki, Kriştianonun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin iyununa qədərdir. Hücumçu bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 15 qol vurub və 3 qolun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR