“Tottenhem” səfərdə “Mançester Siti”ni məğlub etdi

Fevralın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçirilib.

Metbuat.az xəbər verir ki, "Etihat" stadionunda baş tutan görüşdə "Mançester Siti" öz meydanında "Tottenhem" klubunu qəbul edib. Gərgin keçən görüşdə qonaqlar üstün olub - 2:3.

"Tottenhem"ın heyətində Denis Kulusevski (4), Harri Keyn (59, 90+3), "Mançester Siti"nin isə İlkay Gündoğan (33) və Riyad Mahrez (90) fərqləniblər. Bu qələbə sayəsində "Tottenhem" xal ehtiyatını 39-a çatdıraraq 7-ci, "Mançester Siti" isə 63 xalla birinci yerdədir.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb.

"Vest Ham Yunayted" - Nyukasl Yunayted" - 1:1;
"Arsenal" - "Brentford" - 2:1;
"Aston Villa" - "Uotford" - 0:1;
"Brayton" - "Börnli" - 0:3;
"Kristal Palas" - "Çelsi" - 0:1;
"Liverpul" - "Norviç Siti" - 3:1;
"Southempton" - "Everton" - 2:0.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR