Cinsiyyətini dəyişən aktrisa sərvət dəyərində kitab yazır

Cinsiyyətini dəyişdirən tanınmış aktrisa Elliot Peyc “Pageboy” adlı kitab yazır.

Metbuat.az xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.

Bildirilib ki, o, kitabda karyerasından trans olmağa qədər hər şeydən bəhs edəcək. Avtobioqrafiq kitabın yayım hüququ 3 milyon dollara “Flatiron Books”a satılıb.

Kitab gələn il yayımlanacaq. Peyc tez-tez məruz qaldığı homofob zorakılığa, Hollivudda yaşadıqlarına da toxunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR