"Marsel" Bakıya 22 futbolçu ilə gəlir

Fransanın "Marsel" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün iştirak ərizəsini açıqlayıb.

Metbuat.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Xorxe Sampaoli Bakıya 22 oyunçu ilə səfər etmək qərarına gəlib.

Heyətə B siyasından 19 yaşlı qapıçı Simon Nqapanduetnbu əlavə edilib. Fransadakı ilk matçı cəza səbəbindən buraxan Valenten Ronjye də heyətdə yer alıb.

Qapıçılar: 16. Pau Lopes (İspaniya), 30. Stiv Mandanda, 1. Simon Nqapanduetnbu

Müdafiəçilər: 29. Pol Lirola (İspaniya), 23. Sead Kolaşinats (Bosniya və Herseqovina), 5. Leonardo Balerdi, 3. Alvaro (İspaniya), 2. Vilyam Saliba, 14. Luan Peres (Braziliya), 15. Due Çaleta-Tsar (Xorvatiya)

Yarımmüdafiəçilər: 8. Jerson (Braziliya), 22. Pap Quye (Seneqal), 6. Matteo Genduzi, 4. Bubakar Kamara, (Argentina), 21. Valenten Ronjye,

Hücumçular: 7. Amin Arit (Mərakeş), 9. Arkadiuş Milik (Polşa), 10. Dimitri Payet, 12. Bamba Dyenq (Seneqal), 13. Sedrik Bakambu, 17. Cengiz Ünder (Türkiyə), 20. Konrad De La Fuente (ABŞ)

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR