Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah NATO liderlərinin onlayn zirvəsinə qatılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, Ərdoğanın Afrika turnesinin üçüncü dayanacağı olan Qvineya-Bisauya səfəri görüş səbəbilə təxirə salınıb.

Prezident Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti Seneqala səfərindən sonra Türkiyəyə qayıdacaq.