Avropanı HƏYƏCAN BÜRÜDÜ: Ölkələr "BÖYÜK AXINA" hazırlıq görür

Avropa ölkələri Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə üzləşə biləcəyi qaçqın axınına hazırlıq görür.

Metbuat.az xəbər verir ki, Avropa ölkələri qaçqın axınından çox narahatdır. Polşa tərəfi 1 milyon qaçqının ölkəyə gələcəyini güman edir. Polşa hökuməti “Ukraynaya dəstək” proqramını təsdiq edib. Qaçqınları və yaralıları qəbul etmək üçün qruplar yaradılıb. Fransa hökuməti ukraynalı qaçqınlar üçün 15 böyük çadır, 300 ailə çadırı və digər hazırlıqlar görüb. Almaniya da, qaçqınlara yardım etmək üçün hazırlıqlar görür. Rumıniya, Slovakiya və Çexiyanın Ukraynadan gələcək qaçqın axını barədə planları var.

Qaçqın axının qarşı adətən sərhədlərini bağlayan Macarıstanda da narahatlıq hökm sürür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR