"Əvəz öldürülən gecə evdə..." -

Dünən saat 16 radələrində tanınmış bloger, eyni zamanda sərbəst jurnalist işləyən Əvəz Hafizli Balaxanı qəsəbəsindəki yaşadığı evdə qətlə yetirilib. Onu qətlə yetirən şəxs isə öz doğma əmisi oğlu olub.

Metbuat.az APA TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, Əmrulla Güləliyev əmisi oğlu, Əvəz Hafizli kimi tanınan Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

Hadisə yerində olarkən qonşular bildirdilər ki, bəzi xəbər saytlarında yayılan informasiyalarda yanlış detallar var. Belə ki, mərhumun cinsi azlıq olduğuna görə öldürülməsi və cinsiyyət orqanının kəsilməsi xəbərləri həqiqət deyil.

Ərazidə yaşayanların fikrincə, Əvəz Hafizlinin LGBT üzvü olmasına görə öldürülməsi cəfəngiyyatdır. Çünki mərhumunun LGBT üzvü olması haqqında daha əvvəldən hər kəsin xəbəri vardı.

Qonşular deyir ki, hadisə baş verən vaxt Əvəz Hafizli evdə tək olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Mərhum bu gün saat 10 radələrində torpağa tapşırılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR