Qurban Qurbanovdan möhtəşəm jest -

Konfrans Liqasında keçirilən “Qarabağ” - “Marsel” oyununda maraqlı an yaşanıb.

Metbuat.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov rəqib futbolçuların İbrahima Vadjinin qolu əllə vurmasından sonra futbolçusunu yanına çağırıb.

O, futbolçusuna qolu əllə vurduğunu soruşub. İbrahima Vadji əl ilə fərqləndiyini etiraf edib və Qurbanov ona bunu hakimə deməsini bildirib.

Nəticədə qol sayılmayıb. Buna görə rəqibin ulduz futbolçusu Dmitri Payet buna görə Qurban Qurbanova təşəkkür edib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR