Güləşçimiz İstanbulda bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində bürünc medal görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, 63 kq-da mübarizə aparan idmançı qırğızıstanlı Dastan Kadırovla qarşılaşıb.

Rəqibinə 8:0 hesabı ilə qalib gələn Məmmədov turnirdə 3-cü yeri tutub.

Qeyd edək ki, 60 kq-da çıxış edən Eldəniz Əzizli isə bürünc medal uğrunda qarşılaşmada hindistanlı Qyanender Qyanenderə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR