Ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarələr Azərbaycandan havaya qalxıb.

Metbuat.az xəbər verir ki, bu barədə caliber.az məlumat yayıb.

Bildirilib ki, Bakıdan havaya qalxan İL-76 və "Boing-747" markalı iki təyyarə ümumilikdə 100 ton humanitar yardımla yüklənib.

Təyyarələr Ukraynaya humanitar yardım daşıyırlar.

Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq.