Lənkəran rayonunda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Metbuat.az xəbər verir ki, hadisə Göyşaban kəndində qeydə alınıb. Ailə üzvləri ilə birgə kəndə qohumlarının toyuna gələn 1986-cı Xəyal Qasımov ata evində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.