Ukrayna Türkiyədən yeni PUA-lar alacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov açıqlama verib. O bildirib ki, Ukraynanın xarici ölkələrdən aldığı yeni hərbi vasitələr artıq yoldadır.

Türkiyədən alınan yeni PUA-larla yanaşı Avropa ölkələrindən alınan “Stinger” və “Javelin” raketləri də Ukraynaya göndərilib.