Duzdan tam imtina orqanizmdə geridönməz neqativ dəyişikliklər yarada bilər -

Duzdan tam 100% imtina etmək insan səhhətində ağır və geridönməz neqativ dəyişikliklər yarada bilər.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, rusiyalı həkim Alena Stepanova duzun əslində normal miqdarda lazım olduğunu bildirib.

ÜST tövsiyəsinə görə, hər bir insan sutkada 5 qram duz qəbul etməlidir.

Bəzi mənbələrdə bu 6 qram da göstərilib.

Duz ürək və beyinin işi, su-duz mübadiləsi üçün vacibdir.

Duzda olan natriy ionlarının sayəsində ürək toxuması, əzələsi hərəkət edir, eləcə də sinir impulsları ötürülür.

Duzdan tam imtina etmək ürəyin işini pozur, yorğunluq, zəiflik, sinir-əzələ pozulmalarına səbəb olur

Bəzi xəstəliklər var ki,bu xəstələrdə duzun mənimsənilməsi pozulur və ödem baş verir.

Bunlar:

- Qlaukoma

- Vərəm

- Yüksək təzyiq

- Böyrək çatışmazlığıdır

Bu halda duzun miqdarı və qəbulu qaydası həkimlə araşdırılmalıdır. Bu xəstələrdə sutkalıq norma 2-3 qrama endirilə bilər.

Amma heç bir halda duzdan imtina etmək olmaz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR