"Neftçi"nin futbolçusu Latviya klubuna keçib

"Neftçi” futbolçusu Asim Əlizadəni icarəyə verib.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi mövsümün sonuna, yəni noyabrın 20-dək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.

Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olmuş Əlizadə əsas komandanın heyətində ötən mövsüm 1, bu mövsüm 2 rəsmi oyunda meydana çıxıb. O, U-21 yığmasının da üzvüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR