Ukraynalı idmançılar ölkələri üçün sülh istəyərkən Çinin senzurası

Pekin-2022 Qış Paralimpiya Oyunlarının rəsmi açılış mərasimində ukraynalı idmançıların çıxışı televiziyada yayımlanmayıb.

Metbuat.az xəbər verir ki, 20 nəfərlik Ukrayna komandası “Müharibəyə son, Ukraynaya sülh” şüarları səsləndirərkən digər ölkələrin idmançıları Ukrayna yığmasına dəstək olublar. Hətta ukraynalı paralimpiyaçıların bəziləri göz yaşlarını saxlaya bilməyib.

Lakin CNN-nin yaydığı xəbərə görə, açılış mərasimində Beynəlxalq Paralimpiya Komitəsinin sədri Endryu Parson sülh mesajına senzura tətbiq edib. Belə ki, çinli tərcüməçi müharibə ilə bağlı hissələri tərcümə etməyib. Çin Dövlət Televiziyası da 20 nəfərlik Ukrayna paralimpiya komandası gələndə mərasimin keçirildiyi stadionu geniş bucaqdan göstərən görüntü yayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR