Müharibə İlon Maskın arzusunu GÖZÜNDƏ QOYDU -

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması Tesla-nın baş icraçı direktoru İlon Mask və digər şirkətlərin sərfəli elektrik avtomobilləri istehsal etmək arzusunu geridə qoya bilər.

Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, buna səbəb artan xammal xərcləridir.

Bu barədə açıqlama verən sənaye üzrə analitik Qreqori Miller bildirib ki, hazırda elektrik avtomobillərinin ən bahalı hissəsini təşkil edən akkumulyatorların əsas hissəsi nikel, litium və digər materiallardan hazırlandığı üçün yeni avtomobillərin istehsalı prosesi ləngiyə bilər. Batareya inqridentlərinin orta qiymət həddinin iki dəfə bahalaşması nəticəsində Tesla və digər şirkətləri seçim qarşısında qoya bilər.

Məlumat üçün bildirək ki, Ukraynadakı münaqişə nikelin qiymətini 11 il ərzində ən yüksək həddə çatdırıb. Litium qiymətləri də ilin sonuna nəzərən iki dəfədən çox artıb. İstehsalçılar narahatdırlar ki, Rusiya da ixracı dayandıra bilər. Rusiya dünyada hasil edilən nikelin təxminən 7%-ni istehsal edir. O, həmçinin alüminium və palladiumun böyük bir təchizatçısıdır.

Qeyd edək ki, sənaye rəsmilərinin analizinə görə, akkumulyator istehsalçıları adətən avtomobil istehsalçıları ilə uzunmüddətli müqavilələr bağlayırlar ki, bu müqavilələrə əsasən qiymətlər litium, nikel və kobalt kimi əsas xammalın artan maya dəyərini əks etdirir. Hazırki vəziyyətdə də materialların bahalaşması uzunmüddətli sövdələşmələrin aparılmasına ciddi əngəldir.

Kritik batareya inqrediyentləri üçün artan xərclər EV satış sürətini zəiflədə bilər



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR