Prezidentin təltif etdiyi 13 qadın kimdir? -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı “Tərəqqi” medalı ilə təltif edib.

Metbuat.az “Qafqazinfo”ya istinadən həmin qadınlar barədə qısa məlumatı təqdim edir:

Ağayeva Lyubov Aleksandrovna

L.Ağayeva Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.

Axundova Nəcibə Novruz qızı

N.Axundova 2016-cı il aprelin 18-i Lələ təpədə minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır. O, Bakı şəhər 45 nömrəli orta məktəbin direktorudur.

Alızadə Sevinc Əsgərxan qızı

S.Alızadə Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımıdır. O, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.

Əfrasiyabova Dilarə Paşa qızı

D. Əfrasiyabova Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.

İmanova Mehriban Təyyar qızı

İqtisad üzrə fəlsəfə doktoru, dosent M. İmanova Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktorudur.

Qasımova Bahar Komandir qızı

B.Qasımova Respublika Qadınlar Cəmiyyətinin sədridir.

Qəhrəmanova Yaqut Qəhrəman qızı

Y. Qəhrəmanova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində fəaliyyət göstərir.

Mirzəzadə Gülqədəm Abdulalı qızı

G.Mirzəzadə Neftçala rayon Qadın Resurs Mərkəzinin rəhbəri və Neftçala rayon Aşağı Qaramanlı bələdiyyəsinin sədridir.

Muxtarova Dilarə Əliəsgər qızı

D.Muxtarova tanınmış azərbaycanlı milyonçu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsidir.

Rzayeva Yazgül Həsənəli qızı

Y.Rzayeva Naxçıvan MR Respublika Uşaq Xəstəxanasının nevrologiya şöbəsinin müdiridir.

Salamova Gülnaz Mustafa qızı

G.Salamova Şəki şəhər bələdiyyəsinin üzvü, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü, “Sevil” Qadınlar Məclisi Şəki təşkilatının sədridir.

Salehova Almas Yaqut qızı

A.Salehova Ağdaş rayon Qulbəndə bələdiyyəsində çalışır.

Tağıyeva Leyla Çingiz qızı

L.Tağıyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR