Səhiyyə Nazirliyinin mütəxəssisi allergiyadan əziyyət çəkənlərə müraciət edib

“Mövsümi allergiyalara adətən payız və yaz fəslində rast gəlinir”.

Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis -eksperti, həkim-terapevt Günay İsmayılova deyib.

Mütəxəssis qeyd edib ki, daha çox allergiyanın polinoz növü müşahidə olunur:

"Bu da mart, aprel, may aylarında ağacların tozlanması, iyun, iyul aylarında taxılcılıq mövzümü, payızda da alaq tozcuqları ilə bağlıdır. Ağacların tozlanması adətən səhər saatlarında baş verir. Mövsümi allergiya və polinozdan əziyyət çəkən insanların səhər saatlarında evdən çıxmamaları, yaxud evdə və ya maşında olarkən pəncərələr bağlanmalıdır. Eyni zamanda tozcuqlar saçda daha çox olduğundan evə gələrkən duş qəbul edilməli, çöldə olarkən maska taxılmalıdır, keyfiyyətli eynəklərdən istifadə də məsləhətlidir. Mövsümi allergik əlamətlərə əsasən, burun axması, burun tutulması, asqırma, öskürək, gözün qaşınması, sulanması, dəri qaşınması daxildir".

Allergiyadan əziyyət çəkən şəxslərin qidalanmasına gəlincə, həkim qeyd edib ki, mövsümi allergiyadan əziyyət çəkən şəxslər sağlam qidalanmalıdır:

"Çiyələk, sitrus meyvələri, şokolad, bal , yumurta, balıq məhsullarında daha çox şikayətlər alırıq. Bu dövrdə belə qidalardan uzaqlaşmaq lazımdır. Mümkün qədər bol maye qəbul edilməlidir".




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR