Slovakiya - Azərbaycan oyununda azarkeş məhdudiyyəti olmayacaq

Slovakiyada futbol oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

Metbuat.az xəbər verir ki, Slovakiya Futbol İttifaqının yaydığı məlumata görə, martın 14-dən ölkədə pandemiyaya qarşı bütün məhdudiyyətlər götürüləcək.

Qurum iki ildən sonra stadionların məhdudiyyətsiz fəaliyyətindən məmnunluğunu bildirib və buna baxmayaraq hər kəsi daha diqqətli olmağa səsləyib.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR