Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Metbuat.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiq ediblər.
Məlumata görə, S.Şirəliyev kriminal aləmdə "Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.