Amerikanın "SpaceX" şirkəti 53 Starlink internet peykini uğurla orbitə çıxaracaq.
Metbuat.az xəbər verir ki, "Falcon 9" daşıyıcı raketinin orbitə çıxdığını şirkət Tvitter-də açıqlayıb.
Buraxılış ABŞ-ın şərq sahili vaxtı ilə saat 00.42-də həyata keçirilib. Qeyd edək ki, Starlink dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş növbəti nəsil peyk şəbəkəsidir. Layihə "SpaceX" tərəfindən 2018-ci ilin fevralında istifadəyə verilib.