Bakı "Global Woman Summit"inə ev sahibliyi edəcək

Böyük marağa səbəb olan "Global Woman Summit"in qala gecəsi 23 Mart tarixində Four Seasons Baku hotelində baş tutacaq.

Layihədə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, İspaniya, İsveçrə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Qətər və digər müxtəlif ölkələrindən böyük nüfuza sahib olan xanımlar, yaradıcı peşə sahibləri, iqtisadçılar, alimlər, həkimlər və müxtəlif brendlərin təsisçiləri yer alır.

Metbuat.az xəbər verir ki, iki günlük proqramdan ibarət olan layihənin qapalı qala ziyafəti 22 Mart tarixində "Enerji Club"da keçiriləcək.

Qala gecənin ilk hissəsində nüfuzlu spikerlər geniş auditoriya qarşısında çıxış edəcəklər, ikinci hissədə isə uğurlu xanımlar xüsusi mükafatla təltif olunacaqlar.

Spikerlər arasında beynəlxalq Liv Hospital klinikasının qrup koordinatoru Meri İstiroti, Türkiyənin tanınmış peşəkar plastik cərrahı Bülent Cihan Timur yer alır. Layihənin iştirakçıları isə Fransanın tanınmış aparıcısı Meriem Debbagh, əslən İsveçdən olan Birləşmiş Ərəb Əmirliklərinin dünyaca tanınan influyenseri, uğurlu iş xanımı Jwana Karim, Livanın tanınmış yazıçısı Myrna Haddad, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, dizayner Gülnarə Xəlilova, şairə, ictimai xadim Zəhra Bədəlbəyli, "Dəbz" brendinin yaradıcısı, dəb dizayneri Elnarə de Birbuet, rəssam Günay Zebiç, “Beauttech” gözəllik salonları şəbəkəsinin rəhbəri Elnarə Nahmətova və digər müxtəlif peşələrdə çalışan uğurlu xanımlar olacaq.

Böyük auditoriyaya malik olan "Global Woman Summit"in əsas məqsədi uğurlu qadınları ictimaiyyətə daha yaxından tanıtmaq, onların işlərini təqdir etməklə digərlərinə ilham vermək, uğur qazanmaları üçün həvəs oyatmaq, sosial həyata daha çox addım atmalarına səbəb olmaqdır.

Qeyd edək ki, layihənin media tərəfdaşlarından biri də Metbuat.az saytıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR