Türkiyənin Kütahya şəhərindəki Tavşanlı Höyük qazıntılarında təxminən 4 min il əvvələ aid it pəncəsi izləri aşkarlanıb.
Metbuat.az xəbər verir ki, aşkar edilən izlər tunc dövründə yanğın nəticəsində dağılan tikilinin dağıntıları arasında tapılan kərpiç üzərində qorunub.
Tapıntı ilə bağlı Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, bu izlər 4 min il əvvəlki gündəlik həyatdan kiçik bir anı günümüzə çatdırıb.

Fotoda: Tavşanlı Höyük qazıntılarından aşkar edilən izlər