Koronavirusla bağlı

Dünyada 474 693 725 nəfərdə koronavirus aşkarlanıb.

Metbuat.az xəbər verir ki, virusdan 6 122 432 xəstə ölüb, 410 170 833 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (81 476 269 nəfər), Hindistan (43 012 749 nəfər), Braziliya (29 683 686 nəfər), Fransa (24 342 116 nəfər) və Böyük Britaniyadır (20 413 731 nəfər).

Sərhəd qonşularımız arasında Rusiyada 17 637 795, Türkiyədə 14 726 276, İranda 7 143 409, Gürcüstanda 1 643 295, Ermənistanda isə 422 354 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 791 545 nəfərin 9 666-ı ölüb, 781 202 xəstə sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR