Rusiya azərbaycanlıları Krıma deportasiya etməyə hazırlaşır -

“İşğalçılar bu gün etnik azərbaycanlıları, erməniləri və Ahıska türklərini Xerson şəhərindən müvəqqəti işğal olunmuş Krıma zorla deportasiya etməyə hazırlaşırlar”.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini - Ukraynanın işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk videomüraciətində bildirib.

“Bizdə olan məlumata görə, işğalçılar bu gün nümayişkaranə aksiya planlaşdırıblar – onlar etnik erməniləri, azərbaycanlıları və Ahıska türklərini Xerson şəhərindən Ukraynanın müvəqqəti olaraq işğal edilmiş Krım yarımadasına deportasiya etmək niyyətindədirlər”, - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR